“Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələri Azərbaycan Milli Xalça Muzeyində qonaq olub.
“Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələri Azərbaycan Milli Xalça Muzeyində qonaq olub. Qonaqları muzeyin direktoru Şirin Məlikova qarşılayıb və onları ekspozisiya ilə tanış edib. Şirin xanım onlara muzeyin tarixi, fəaliyyəti, zəngin milli irsimiz sayılan Azərbaycan xalça sənəti, xalça məmulatları, milli tikmə, bədii metal və geyim nümunələri haqqında məlumat verib. O, son illər muzeyin kolleksiyasının zənginləşdirilməsi, inklüzivliklə bağlı layihələr, beynəlxalq əlaqələr və s. sahələrdə qazanılan uğurları diqqətə çatdırıb.
Qonaqlar sonra muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan xalçaların sərgisi ilə də tanış olublar. Sonda milli mədəni irsimizlə tanışlıqdan məmnunluqlarını və müzeydən xoş təəssüratlarla ayrıldıqlarını bildiriblər.