28 May – Respublika Günü
Dəyərli dostlar!
Sizi 28 May – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edir, sülh və əmin-amanlıq arzulayır, ən xoş arzular diləyirik!
Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də istiqlaliyyətini elan edib. Mövcudluğunu qısa müddət ərzində, cəmi 23 ay qoruya bilsə də, dövlətçilik tariximizdə böyük iz qoyub. Xoşbəxt xalqıq ki, müsəlman ölkələri arasında ilk demokratik, dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ənənələri əsasında XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa edən dövlətimiz bu gün ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında regionun lider ölkəsinə çevrilir, yüksəliş dövrünü yaşayır.
Belə qüdrətli dövlətin vətəndaşları olmaqdan qürur duyur, müstəqilliyimizin əbədi olmasını arzulayırıq!