İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum – İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) nümayəndə heyətinin üzvləri Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum – İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) nümayəndə heyətinin üzvləri Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib. Qonaqlara muzeyin yaranması, keçdiyi tarixi inkişaf yolu, zəngin kolleksiyaları, həmçinin milli irsimiz olan xalça sənəti haqqında 3 dildə (türk, ingilis və rus dillərində) ətraflı məlumat verilib. Nümayəndə heyətinin üzvləri sonra muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan xalçaların sərgisi ilə tanış olublar.