Fransanın “Musulmansenfrance.fr” xəbər portalında “Bir Qarabağ xalçasının taleyi və dönüşü” (Le destin et le retour d’un tapis du Karabakh) başlıqlı məqalə dərc olunub.
Fransanın “Musulmansenfrance.fr” xəbər portalında “Bir Qarabağ xalçasının taleyi və dönüşü” (Le destin et le retour d’un tapis du Karabakh) başlıqlı məqalə dərc olunub. Azərbaycanın fransızdilli “Le Carrefour” (Yol qovşağı) qəzetinin redaktoru Zeynəb Kazımovanın müəllifi olduğu məqalədə Azərbaycan Milli Xalça Muzeyi, onun zəngin kolleksiyalarından və s. bəhs olunub. Burada erməni işğalı zamanı itmiş və ya oğurlanmış, daha sonra AB-da, Los-Ancelesdə “qədim erməni xalçası” adı ilə satışa çıxarılmış Qarabağın “Baxçadagüllər” xalçası, onun maraqlı tarixi və taleyi barədə ətraflı məlumat verilib.