1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları ürəkdən təbrik edir, onlara xoşbəxt həyat, firavan gələcək arzulayırıq. Qoy həyatı gözəlləşdirən, cəmiyyətin sevinci olan uşaqlar sevgi dolu, sağlam ömür yaşasın, vətənpərvər, savadlı, dünyagörüşlü vətəndaşlar kimi yetişsinlər.​ ​
Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyi gələcəyimiz olan​ uşaqlara​ daim xüsusi diqqət və qayğı ilə yanaşır. Muzeyin Uşaq şöbəsi onların​ mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə sevgi, hörmət ruhunda tərbiyəsi üçün yeni-yeni proqramlar hazırlayır, layihələr reallaşdırır. Muzeydə uşaqlar, yeniyetmələr üçün maraqlı ustad dərsləri keçilir, oxu saatı təşkil olunur, müxtəlif kukla tamaşaları göstərilir və s.
Əziz uşaqlar, sizi bir daha ürəkdən təbrik edir və tətil günlərini səmərəli, əyləncəli keçirmək istəyən hər kəsi muzeyimizdə gözləyirik!