Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahininin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahininin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib. Qonaqlar muzeyin zəngin ekspozisiyası ilə tanış olublar. Onlara muzeyin tarixi, elm və mədəniyyət ocağı kimi fəaliyyəti, burada nümayiş etdirilən eksponatlar - xalça məmulatları, milli tikmə, bədii metal və geyim nümunələri haqqında ətraflı məlumat verilib. Nümayəndə heyəti muzeyin​ Ənənəvi texnologiya şöbəsində toxunan xalçaların sərgisi ilə də tanış olublar. Milli irsimiz sayılan xalçalarla və digər sənət nümunələri ilə yanaşı muzeyimizin inklüzivliklə bağlı layihəsi qonaqlarda böyük maraq doğurub.

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin muzeyin xatirə kitabına ürək sözlərini yazıb.