15 iyun – Milli Qurtuluş Günü

1993-cü ilin 15 iyun tarixində müstəqilliyini yenicə​ bərpa etmiş​ ölkəmiz​ vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda​ ümummilli lider Heydər Əliyev xalqın​ çağırışı ilə​ siyasi hakimiyyətə qayıtdı. Ulu öndər Vətən naminə məsuliyyətli və ağır bir yükün altına çiyinlərini verərək xalqı bir bayraq altında birləşdirməyi bacardı. O, öz qayıdışı ilə Azərbaycanımızı​ hərbi təcavüzdən, qardaş qırğınından xilas etdi, xalqına arxalanaraq onun böhranlı vəziyyətdən çıxmasında, hərtərəfli inkişafında müstəsna rol oynadı. 15 iyun istiqlaliyyətimizin, dövlətçiliyimizin qurtuluşu günü kimi tariximizin ən parlaq səhifəsinə əbədi həkk olundu.

15 iyun – Milli Qurtuluş Günü münasibətilə xalqımızı ürəkdən təbrik​ edir,​ Vətənimizin daim çiçəklənməsini, müstəqilliyimizin sarsılmaz olmasını arzulayırıq!