Muzeyimizi Türkiyənin millət vəkilləri və onların rəhbərlik etdiyi nümayəndə heyəti ziyarət edib.

Muzeyimizi Türkiyənin millət vəkilləri və onların rəhbərlik etdiyi nümayəndə heyəti ziyarət edib. Qonaqlar burada nadir Azərbaycan xalçaları, xalça məmulatları, milli tikmə, bədii metal və geyim nümunələri ilə tanış olublar. Onlara muzeyin yaranması, keçdiyi tarixi inkişaf yolu, ölkəmizin ilk inklüziv muzeyi kimi fəaliyyəti barədə məlumat verilib.

Millət vəkilləri qardaş ölkədə olmaqdan, o cümlədən belə gözəl məkanda Azərbaycanız zəngin mədəni irsi ilə tanışlıqdan böyük məmnunluq duyduqlarını bildiriblər.