Ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyində qonaq olub.
Ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyində qonaq olub. Onlar muzeyin ekspozisiyasında nümayiş etdirilən dəyərli sənət nümunələri ilə tanış olublar. Qonaqlara burada qorunub saxlanılan kolleksiyalar - zəngin milli irsimiz sayılan xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə, bədii metal və geyim nümunələri haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, maddi-mədəni irsimizlə yanaşı, Azərbaycan Milli Xalça Muzeyinin binasının orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu qonaqlarda xoş təəssürat yaradıb.