26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirik!

26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirik!

Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci ildə imzaladığı Fərmana əsasən 23 ildir ki, ölkəmizdə ümumxalq bayramına çevrilən bu tarixi günü artıq daha böyük sevinc və qürur hissi ilə qeyd edirik. Çünki müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun şücaəti sayəsində müqəddəs Qarabağ torpaqları işğaldan azad olunub. Vətən qarşısında vəzifə borcunu şərəflə yerinə yetirən ordumuz dünyaya səs salan qəhrəmanlığı, döyüş hazırlığı, peşəkarlığı ilə tarixi ədaləti bərpa edib.

Xalqımızı, bizə qələbə səadəti yaşadan müzəffər Ali Baş Komandanımızı, şanlı ordumuzun əsgər və zabitlərini ürəkdən təbrik edir, cansağlığı, firavan həyat arzulayırıq. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə canını qurban verən şəhidlərimizə Allahdan rəhmət diləyirik.