Bu gün müasir Azərbaycan incəsənətinin tanınmış nümayəndəsi, mərhum keçəçi-rəssam Rauf İsmayılovun doğum günüdür.

Əziz dostlar,

Bu gün müasir Azərbaycan incəsənətinin tanınmış nümayəndəsi, mərhum keçəçi-rəssam Rauf İsmayılovun doğum günüdür. R.İsmayılov qədim ənənələri olsa da, sonradan unudulmuş keçə sənətini dirçəldən, onun inkişafına böyük töhfələr bəxş edən və peşəkar sənət növü kimi həm yerli, həm də beynəlxalq sərgilərdə nümayiş etdirən yeganə rəssam idi. Muzeyimizdə sənətkarın “İblisin hökmü”, “Hünər meydanı”, “Qarabağ təranələri”, “Xocalı soyqırımı” və s. kimi tarixi və dərin fəlsəfi məzmunlu əsərləri mühafizə olunur. Ekspozisiyamızda yer alan “Qaynana” əsəri isə böyük aktrisamız Nəsibə Zeynalovaya həsr edilmişdir. Aramızdan erkən ayrılması böyük itki olsa da, Rauf müəllim xoşbəxt sənətkarlardandır ki, özündən sonra qoyduğu bədii irslə daima sənətsevərlərin qəlbində yaşayacaqdır.

Keçə “Qaynana”. Müəllif: Rauf İsmayılov. 2018. Yun. Döymə. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası