Azərbaycan Milli Xalça Muzeyində uşaqların yay tətili günlərinə rəng qatmaq, onu daha səmərəli etmək üçün iki günlük maraqlı və olduqca əyləncəli festival keçirilib.

Azərbaycan Milli Xalça Muzeyində uşaqların yay tətili günlərinə rəng qatmaq, onu daha səmərəli etmək üçün iki günlük maraqlı və olduqca əyləncəli festival keçirilib.

Festival çərçivəsində muzeyimizin balaca dostları üçün xalça kvesti oyunu, estafet yarışları təşkil olunub, kukla tamaşaları göstərilib. Uşaqların təqdimatında onların əl işi olan milli geyimlərdən ibarət moda nümayişi keçirilib. Həmçinin festival iştirakçıları onlar üçün hazırlanan əyləncəli proqrama qatılıblar. Festivalın sonunda uşaqlar muzeydə qədim ənənələrə uyğun şəkildə keçirilən xalça kəsimi mərasimində iştirak ediblər.

Festival günlərində balaca dostlarımız yaddaşlarından silinməyəcək sevinc və həyəcan yaşamaqla yanaşı, milli mədəni irsimizlə yaxından tanış olmaq şansı qazanıblar.

Qeyd edək ki, festivala Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşkilati dəstəyi ilə şəhid və qazi ailələrinin uşaqları da qatılıblar.