Türkiyənin Hakim və Ədalət İnkişaf Partiyasının sədrinin birinci müavininin həyat yoldaşı Sevgi Kurtulmuş və Türkiyə Respublikasının Azərbaycandakı səfirinin həyat yoldaşı Leyla Bağcı bu gün muzeyimizi ziyarət etdilər.

Türkiyənin Hakim və Ədalət İnkişaf Partiyasının sədrinin birinci müavininin həyat yoldaşı Sevgi Kurtulmuş və Türkiyə Respublikasının Azərbaycandakı səfirinin həyat yoldaşı Leyla Bağcı bu gün muzeyimizi ziyarət etdilər. Qonaqları salamlayan direktor Şirin Məlikova muzeyin yaranma tarixi, fəaliyyəti və kolleksiyaları haqqında onlara ətraflı məlumat verdi. O, həmçinin Türkiyənin mədənyyət ocaqları ilə əməkdaşlıqdan, xüsusilə Türk və İslam Əsərləri Muzeyi ilə həyata keçirilən birgə layihədən bəhs etdi. Bu uğurlu layihənin nəticəsi kimi çap olunan “Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları” adlı nəfis kataloqu qonaqlara hədiyyə etdi.