30 – 31 iyul tarixlərində Latviyanın Gulbene şəhərində “Divi Juliji” adlı IV Beynəlxalq İncəsənət Festivalı keçirilir.
30 – 31 iyul tarixlərində Latviyanın Gulbene şəhərində “Divi Juliji” adlı IV Beynəlxalq İncəsənət Festivalı keçirilir. Festival bu şəhərdə anadan olmuş tanınmış iki rəssam – Yulius Straume və Yulius Madernieksin xatirəsinə həsr olunur.
Festival çərçivəsində IV Beynəlxalq elmi-praktiki konfrans keçirilib, muzeyimizin direktoru Şirin Məlikova “Azərbaycan xalça mədəniyyəti: ənənə və müasirlik” adlı məruzə ilə çıxış edib.
O, ölkəmizdə xalçaçılıq sənətinin əsas inkişaf istiqamətləri, müasir rəssamların yaradıcılığında ənənələrin yaşadılması prosesini vurğulayaraq, onların yeni interpritasiyada istifadə olunmasından bəhs edib.
Konfransda Latviya, Türkiyə, Danimarka, İrandan olan mütəxəssislər məruzələrlə çıxış ediblər.
Gulbene Bələdiyyə Tarix və İncəsənət Muzeyinə muzeyimizin nəşrləri təqdim olunub.