Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soq, onun xanımı Han Myeong Hee və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyində qonaq olub.
Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soq, onun xanımı Han Myeong Hee və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyində qonaq olub. Qonaqları direktoru Şirin Məlikova qarşılayıb. Daha sonra onlar muzeyin ekspozisiyasında nümayiş etdirilən dəyərli sənət nümunələri ilə tanış olublar. Qonaqlara muzeyin yaranması tarixi, fəaliyyəti, muzeydə qorunub saxlanılan xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə, bədii metal və geyim nümunələri, ornamentlərin semantik mənası barədə ətraflı məlumat verilib. Qonaqlar muzeyin “Zərgərlik” fondu ilə də yaxından tanış olublar.
Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqa “Azərbaycan Xalça Muzeyi – 50” kitabı hədiyyə verilib.
Nümayəndə heyəti zəngin maddi-mədəni irsimizlə tanışlıqdan məmnunluqlarını ifadə ediblər.