Bu gün xeyirxahlıq, insanpərvərlik, dürüstlük, nəciblik kimi yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olan, xalqımızın dərin hörmət və sonsuz məhəbbət bəslədiyi görkəmli siyasətçi, ictimai xadim Mehriban Əliyevanın doğum günüdür.

Bu gün xeyirxahlıq, insanpərvərlik, dürüstlük, nəciblik kimi yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olan, xalqımızın dərin hörmət və sonsuz məhəbbət bəslədiyi görkəmli siyasətçi, ictimai xadim Mehriban Əliyevanın doğum günüdür.

Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tükənməz enerjisi ilə Vətəninə fədakarlıqla xidmət edir, cəmiyyətə əvəzsiz töhfələr verir. O, milli-mədəni irsimizin, o cümlədən xalçaçılıq sənətinin qorunması, inkişafı və təbliği üçün də böyük səy göstərir və bu istiqamətdə uğurlara imza atır.

Məhz Mehriban xanımın gərgin əməyi, yorulmaz fəaliyyəti sayəsində xalça və kəlağayı sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Son illər Heydər Əliyev Fondu tərəfindən dünyamiqyaslı nadir xalçaların tarixi vətəninə qaytarılması, muzey kolleksiyasına daxil edilməsi dövlət səviyyəsində mədəni və tarixi əhəmiyyətə malik böyük hadisədir.

Düz yeddi il bundan əvvəl Mehriban xanım öz ad günündə dünyada ilk xalça muzeyinin yeni binasının açılışında oldu. Çox arzu edərdik ki, tezliklə qədim mədəniyyət beşiyi olan füsunkar Şuşada muzeyimizin filialının təntənəli açılışında da şəxsən iştirak etsin.

Azərbaycan Milli Xalça Muzeyinin kollektivi adından güclü şəxsiyyət, zərif qadın, gözəl ana, mərhəmətli insan Mehriban Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik! Mehriban xanıma cansağlığı, ailə səadəti, yorulmaz fəaliyyətində uğurlar arzulayırıq!