Orta Asiya ölkələrindən olan jurnalistlər muzeyimizi ziyarət ediblər
Orta Asiya ölkələrindən olan jurnalistlər muzeyimizi ziyarət ediblər. Qonaqlar muzeyin ekspozisiyasında nümayiş etdirilən dəyərli sənət nümunələri ilə tanış olublar. Onlara Azərbaycan Milli Xalça Muzeyinin tarixi, xalça sənəti, ornamentlərin semantik mənası, muzeydə qorunub saxlanılan xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə, bədii metal və geyim nümunələri haqqında məlumat verilib. Zəngin maddi-mədəni irsimizlə yanaşı muzeyin inklüzivlik layihəsi də qonaqlarda böyük maraq doğurub.