Xalça Muzeyinin direktoru Şirin Məlikova Mədəniyyət TV-nin “Səhərçağı” proqramında “Vaqif Poeziya Günləri” çərçivəsində Şuşada keçirilən tədbirlərlə bağlı təəssüratlarını bölüşüb.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova Mədəniyyət TV-nin “Səhərçağı” proqramında “Vaqif Poeziya Günləri” çərçivəsində Şuşada keçirilən tədbirlərlə bağlı təəssüratlarını bölüşüb. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xalçaçılıq Qalereyasında Xalça Muzeyinin təqdim etdiyi “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” adlı sərgi, burada nümayiş etdirilən eksponatlar haqqında məlumat verib.