Dəbilqə

Əziz dostlar,
 
26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə bu həftə muzeyimizin kolleksiyasında qorunub saxlanılan zirehli geyim və silah nümunələrindən bəhs edəcəyik. Bu gün XVI əsrin sonu – XVII əsrin əvvəlinə aid qiymətli bədii metal sənəti nümunəsi olan dəbilqəni təqdim edirik. Yüksək sənətkarlıqla işlənmiş zirehli baş geyimi həm mükəmməl günbəzvari forması, həm də səthini bəzəyən incə qızılı naxışları ilə diqqəti cəlb edir. Həkketmə, oyma, döymə üsullarının peşəkarlıqla istifadə olunduğu dəbilqənin üzərini haşiyələr içərisində yerləşdirilmiş zərif nəbati ornamentlər bəzəyir.
 
Dəbilqə. ХVI əsrin sonu – XVII əsrin əvvəli. Dəmir. Həkketmə, oyma, döymə. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası