Qoç formasında qəbirüstü daş.
Əziz dostlar,
Bu gün “Qarabağ – sənətkarlar diyarı” rubrikasında sizə muzeyimizin kolleksiyasında saxlanılan qoç formasında qəbirüstü məzar daşını təqdim edirik. XV-XVI əsrlərdə Azərbaycanda daşdan düzəldilmiş qoç fiqurları xüsusilə geniş yayılmışdır. Adətən, kişi məzar daşlarında əsasən xəncər, qılınc, tapanca, tüfəng və məişət əşyalarının rəsmləri rast gəlinir.
Təqdim etdiyimiz qoç formasında qəbirüstü daş Qarabağın Laçın rayonuna aiddir. Qədim dövrlərdən türk tayfaları maldarlıqla məşğul olduğundan qoç fiquru bolluq və mərdlik simvolu sayılırdı. Haqqında bəhs etdiyimiz qoç fiqurlu məzar daşının üstündə yalnız kişiyə aid əşya və silahlar təsvir olduğundan dəqiq demək olar ki, bu döyüşçüyə məxsus məzar olmuşdur. Burada təsvir olunmuş silahlar – güc, rəşadət, hakimiyyət rəmzidir.
Qoç formasında qəbirüstü daş. Laçın rayonu, Azərbaycan. XV–XVI əsrlər.
Daş. Oyma. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası