Nazbalış

Əziz dostlar,
 
Rəşadətli Azərbaycan Ordusunun şanlı qələbələrini vətənimizin ayrılmaz hissəsi olan Qarabağımızda yaradılan sənət əsərlərinin nümayişi ilə dəstəkləyirik.
Kolleksiyamızın nadir tikmələrindən biri Qarabağda istehsal olunan nazbalış üzüdür. “Nazbalınc” və ya “nazbalış” adlanan böyük yastıqların üzü kimi işlənmişdir. Bir qayda olaraq, ailə başçısı, hörmətli qonaq və ağsaqqal üçün evin buxarı yerləşən hissəsində ayrıca nazbalış qoyulurdu. Nazbalış adətən qu tükündən olub, çox yumuşaq idi.
 
Nadir tünd qəhvəyi rəngli məxmər üzərində saya tikmə texnikasında işləmə, ornamentin əsas xətləri boyu piləkli tərtibat və ecazkar quş təsviri verilmişdir.
 
Nazbalış. Qarabağ, Azərbaycan. XIX əsrin sonu. Məxmər. Pilək, doldurma. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası