Sinəbənd “qarabatdaq”

Əziz dostlar!
 
Sizə “Zərgərlik” kolleksiyamızın ən gözəl bəzək nümunələrindən olan sinəbəndi təqdim edirik. 
 
Vaxtilə Naxçıvanda məşhur olan baş bəzəyi “araşqın” öz adını çevrəsinə bərkidildiyi “araxçın” baş geyimindən almışdır. Formasına görə “qarabatdaq” – rombabənzər lövhəciklərdən asılan ulduz və ay şəkilli iki sıra dekorativ elementlərdən ibarət olan döş bəzəyini xatırladır. Naxçıvan qadınları isə onları təkcə baş bəzəyi kimi yox, həm də boyun bəzəyi kimi istifadə edirdilər. Belə qarabatdaqlar Naxçıvandan əldə edilmiş və haqlı olaraq kolleksiyanın incisi hesab olunur.
 
Sinəbənd “qarabatdaq”. Azərbaycan. XIX əsr. Qızıl, muncuq. Basmaqəlib. İnv. № 2863
Sinəbənd “qarabatdaq”. Naxçıvan, Azərbaycan. XIX əsr. Qızıl. Basmaqəlib. İnv. № 7592