Kəmər

Əziz dostlar!
"Zərgərlik" kolleksiyamızdakı ən maraqlı eksponatlardan birini - arakəsməli mina texnikası ilə hazırlanmış qadın kəmərini sizə təqdim edirik. 
 
Bədii tərtibatı budaqların çarpazlaşmasından, gül rozetlərini əhatələyən yarpaqlardan ibarətdir. Tək Azərbaycanın deyil, bütün Şərq dekorativ sənətində dərin kök salmış "islimi" elementi bu cür məmulatlar üçün xasdır. 
 
Kəmər. Azərbaycan. XIX əsrin sonu-XX əsrin əvvəli. Mina. Gümüş. İnv. № 2980