Xalça “Sor-sor” (namazlıq)
Əziz dostlar,
Bu gün növbəti gözəl xəbərlə sizinlə bölüşmək istəyirik! Muzeyimizin kolleksiyası yeni əsrarəngiz nümunə ilə zənginləşdi – italiyalı xalça kolleksioneri Erminio Bottini “Sor-sor” xalçasını bizə hədiyyə edib. Şirvan qrupuna aid namazlıq xalçası 1811-ci ildə toxunulub. Xalça öz mükəmməl kompozisiya quruluşu və rənglərin ahəngdarlığı ilə gözoxşayır.
Azərbaycan xalça nümunəsinin tarixi vətəninə qaytarılmasında əvəzsiz xidməti olan cənab Erminio Bottini və bu işdə bizi hər zaman dəstəkləyən muzeyimizin dostu Andrea Stefano İoneskuya dərin təşəkkürümüzü bildiririk!
Odur ki, tezliklə ekspozisiyamızda layiqli yerini tutacaq xalçanı görməyə tələsin!
Xalça “Sor-sor” (namazlıq). Şirvan, Azərbaycan. 1811-ci il. Yun. Xovlu, əl işi. 2020-ci ildə italiyalı kolleksioner Erminio Bottini tərəfindən hədiyyə olunub.