9 May – Faşizm üzərində Qələbə Günüdür.

9 May – Faşizm üzərində Qələbə Günüdür.

Azərbaycan Milli Xalça Muzeyində Faşizm üzərində Qələbənin 79-cu ildönümü münasibətilə “Azərbaycanlılar İkinci Dünya müharibəsində - yeni faktlar”

adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Milli Xalça Muzeyi Şuşa filialının müdiri Azər Abdullayev, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru İlham Abbasov, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunun müdiri, AMEA-nın Tarix və Etnologiya İnstitutunun doktorantı Şəfa Mövsümov, İkinci Qarabağ müharibəsinin iştirakçısı, partizan Məmməd Bağırovun nəvəsi Murad Əfəndi, Tibb Elmləri Namizədi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseyinzadənin bacısı oğlu Mehdi Əzizbəyov çıxış ediblər. Onlar bu qələbədə Azərbaycanın danılmaz rolu, mübariz xalqımızın həm ön, həm də arxa cəbhədə göstərdiyi fədakarlıqlar, müharibədə mərdlik, rəşadət göstərən oğullar barədə məlumat veriblər. Həmvətənlərəmizin İkinci Dünya müharibəsi illərindəki qəhrəmanlığının, şücaətinin şanlı tariximizin parlaq səhifəsi olduğunu vurğulayıblar.