“Azərbaycanın zümrüd daşı-Kəlbəcər” adlı tədbir

Cari ilin 2 aprel tarixində Azərbaycan Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsinin 24-cü il dönümünə həsr olunmuş “Azərbaycanın zümrüd daşı – Kəlbəcər” adlı tədbir təşkil olunub.
Tədbirdə Azərbaycan Xalça Muzeyi Şuşa filialının müdiri Səbinə Əzizova, Kəlbəcər Tarix-diyarşünaslıq Muzeyinin direktoru Bərzani Ələsgərov, Kəlbəcər Şəhid Muzeyinin elmi işçisi, BDU-nun tarix fakültəsinin dissertantı Ramiz Nəcəfli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İqtisadi coğrafiya və coğrafiyanın tədrisi metodikası kafedrasının dosenti, fəlsəfə doktoru Mirvari Verdiyeva, həmçinin AYB-nin Qarabağ bölməsinin sədri, fəlsəfə elimləri doktoru, şair Ənvər Əhməd və Kəlbəcər məktəbinin müəllimi Roza Verdiyeva Kəlbəcərin maddi-mənəvi irsinə və etnoqrafiyasına dair məruzələrlə çıxışlar ediblər.

Sonra Kəbəcər Tarix-diyarşünaslıq Muzeyinin eksponatlarından - xurcun, məfrəş, səhəng, xalça, süxur, həmçinin minerallar, çarıq, ağac növləri, muzeyin açarları, mis qablardan ibarət sərgi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin təqdim etdiyi “Kəlbəcərə virtual səyahət” adlı video-çarx nümayiş olunub.