Azərbaycan Xalça Muzeyi sizi muzeyin kolleksiyalarının tədqiqində əməyi olmuş etnoqraf alim Həsən Quliyevə həsr olunmuş “Həsən Quliyevin elmi fəaliyyəti və Azərbaycan Xalça Muzeyi” adlı mühazirəyə dəvət edir.

Əziz dostlar və sənətsevərlər.
Azərbaycan Xalça Muzeyi sizi muzeyin kolleksiyalarının tədqiqində əməyi olmuş etnoqraf alim Həsən Quliyevə həsr olunmuş “Həsən Quliyevin elmi fəaliyyəti və Azərbaycan Xalça Muzeyi” adlı mühazirəyə dəvət edir.
Mühazirə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Müasir dövr etnoqrafiya” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Emil Kərimov tərəfindən təqdim ediləcək.
Mühazirədə Həsən Quliyevin Azərbaycan etnoqrafiyasına verdiyi töhfələr və Azərbaycan Xalça Muzeyindəki xidmətlərindən bəhs olunacaq.
Mühazirə Azərbaycan dilində aparılacaq.
Azərbaycan Xalça Muzeyi
10 mart 2018-ci il, saat 14:00
Giriş sərbəstdir.