Azərbaycan Xalça Muzeyində “Azərbaycan xalça naxışlarında mifoloji obrazların semantikası” mühazirəsi keçirildi

Fevralın 9-da Azərbaycan Xalça Muzeyində “Azərbaycan xalça naxışlarında mifoloji obrazların semantikası” mühazirəsi keçirildi. Mühazirə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Xədicə Əsədova tərəfindən təqdim olundu.