İngilis və dünya ədəbiyyatının dahi nümayəndəsi Şekspirin 450-ci ildönümünə həsr olunmuş “Şekspir xalçası” müsabiqəsinin üç qalibinin eskizi əsasında toxunmuş xalçalar Azərbaycan Xalça Muzeyində sərgilənməkdədir.

İngilis və dünya ədəbiyyatının dahi nümayəndəsi Şekspirin 450-ci ildönümünə həsr olunmuş “Şekspir xalçası” müsabiqəsinin üç qalibinin eskizi əsasında toxunmuş xalçalar Azərbaycan Xalça Muzeyində sərgilənməkdədir. Müsabiqə 2016-cı ildə British Council Azərbaycanın təşkilatçılığı, Azərbaycan Xalça Muzeyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə təşkil olunmuşdur.
Müsabiqənin qalibləri – Telman Şıxıyev (qran-pri), Aydan Sadıxbəyli (münsiflər heyətinin xüsusi mükafatı) və Sürayyə Muğanlı (müsabiqənin ümumi kateqoriya üzrə qalibi). Xalçalar qaliblərin eskizləri əsasında Fatimat Ağamirzəyevanın Qubadakı xalça emalatxanasında toxunublar.
Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycanın ölkə üzrə direktoru Samr Şax, Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson xalçaların təqdimat mərasimində çıxış etdilər. Daha sonra qonaqlar fevral ayının əvvəlindən Xalça Muzeyinin ekspozisiyasında təqdim olunan “Tarixə və ənənəyə toxunuş” sərgisi ilə tanış oldular.
“Şekspir xalçası” müsabiqəsi qaliblərinin eskizi əsasında toxunmuş xalçaların təqdimatı 20 fevral keçirilib. Xalçalar bir ay ərzində muzeyin ekspozisiyasında nümayiş olunacaqlar.