İMADƏDDİN NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ

Rəssamların nəzərinə!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ildə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamdan irəli gələrək Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyi II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərşivəsində Nəsimiyə həsr olunmuş xalça eskizi müsabiqəsi elan edir. Müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak edə bilər.
Müsabiqədə iştirak etmək istəyənlərdən öz xalça eskizlərinin 600 DPI JPEG formatında skan olunmuş versiyasını nasimicontest@gmail.com elektron ünvanına 15 may 2019-cu il tarixinədək göndərməkləri xahiş olunur.
Münsiflər heyətinin üzvləri:
•Fərhad Xəlilov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssam
• Emin Məmmədov, Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri, sənətşünazlıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, dosent
• Şirin Məlikova, Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünazlıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi
• Cahangir Səlimxanov, Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının koordinatoru, YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması sahəsində milli ekspert, Əməkdar mədəniyyət işçisi
• Eldar Mikayılzadə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Xalq rəssamı
• Məmmədhüseyn Hüseynov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Əməkdar mədəniyyət işçisi
Münsiflər heyəti tərəfindən seçilən ən kreativ 20 xalça eskizi Azərbaycan Xalça Muzeyində sərgilənəcək və muzeyin rəsmi Facebook səhifəsində təqdim olunacaq.
Müsabiqənin qaliblərinə pul mükafatı təqdim olunacaq. Birinci yerin qalibi 4000 AZN, ikinci yerin qalibi 2000 AZN, muzeyin Facebook səhifəsində ən çox tamaşaçı səsi toplayan xalça eskizinin müəllifi 1000 AZN məbləğində mükafatlandırılacaq və onların eskizləri əsasında xalçalar toxunulacaq.
Müsabiqənin qalibi xarici vətəndaş olduğu halda onun II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalında iştirak etməsi üçün yol və mehmanxana xərci ödəniləcək.
Əlaqə: +99412 497 20 16
nasimicontest@gmail.com
www.azcarpetmuseum.az