“Bağ” adlı qobelenin tarixinə səyahət

Əziz dostlar və sənətsevərlər!
Azərbaycan Xalça Muzeyi sizi “Bir eksponatın tarixi” layihəsində muzeyin kolleksiyasında saxlanılan “Bağ” adlı qobelenin tarixinə səyahət etməyə dəvət edir.​ Bu səyahətdə bələdçimiz əsərin müəllifi, ​ Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Bədii toxuculuq və xalça sənəti" kafedrasının professoru Tamilla Məmmədova olacaqdır.
Mühazirə​ Azərbaycan​ dilində​ aparılacaq.
Azərbaycan​ Xalça​ Muzeyi
11 may 2019-cu il, saat 14:00
Giriş sərbəstdir