Kəlbəcər, Laçın və Şuşa rayonlarının işğalı günlərinə həsr olunmuş “Həsrət” adlı anım tədbiri

Qarabağ və onun baş tacı sayılan Şuşanın işğalından daha bir il ötür. Azərbaycan Xalça Muzeyi və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kəlbəcər, Laçın və Şuşa rayonlarının işğalı günlərinə həsr olunmuş “Həsrət” adlı tədbir keçirildi. Tədbirdə Şuşa Milli Musiqili Dram Teatrının hazırladığı Qarabağ və ətraf rayonların işğalı zamanı faciə yaşamış və yurd-yuvalarından didərgin düşmüş insanlara həsr edilmiş “Həsrət” adlı musiqili ədəbi-bədii tamaşa təqdim olundu.
***
8 may 2019-cu il tarixində muzeyin əməkdaşları tərəfindən Şuşa rayonu ictimaiyyətilə birlikdə Şəhidlər Xiyabanında uyuyan Qarabağ uğrunda canından keçmiş şəhidlərin məzarları ziyarət edildi.