Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Minin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Minin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib. Qonaqlara muzeyin yaranması tarixi və fəaliyyəti, kolleksiyaları barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti zəngin milli irsimiz olan xalçalarımızla, burada saxlanılan digər dəyərli sənət nümunələri ilə tanışlıqdan məmnunluqlarını ifadə ediblər. Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min muzeyimizlə bağlı xoş təəssüratlarını xatirə kitabına yazıb.