COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Nepal Prezidenti Ramçandra Paudel və onu müşayiət edən nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyində qonaq olub.
COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Nepal Prezidenti Ramçandra Paudel və onu müşayiət edən nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyində qonaq olub.
Ali qonağı muzeyin direktoru Əminə Məlikova qarşılayıb. Onlara qədim və zəngin tarixi-mədəni irsimiz olan xalça sənəti, muzeyin kolleksiyaları, nadir sənət nümunələri barədə ətraflı məlumat verilib.
Ölkə başçısına muzeyin yaranmasının 55 illiyinə həsr olunan “Azərbaycan Milli Xalça Muzeyi” kitabı hədiyyə verilib.
Prezident Ramçandra Paudel və nümayəndə heyətinin üzvləri muzeyimizin xatirə kitabına xoş təəssüratlarını yazıblar.