Azərbaycan Xalça Muzeyinin əməkdaşları Xalq rəssamı Kamil Əliyevin doğum günü münasibətilə Fəxri Xiyabanda onun məzarüstü abidəsini ziyarət etdilər.

Oktyabrın 22-də Azərbaycan Xalça Muzeyinin əməkdaşları Xalq rəssamı Kamil Əliyevin doğum günü münasibətilə Fəxri Xiyabanda onun məzarüstü abidəsini ziyarət etdilər.
Ziyarətdən sonra Xalça Muzeyinin əməkdaşlarının Kamil Əliyevin İçərişəhərdə yerləşən ev muzeyində Xalq rəssamının ailə üzvləri və yaxınları ilə görüşü keçirildi.
Görüş zamanı muzey əməkdaşları Kamil Əliyevin ev muzeyində nümayiş olunan əsərləri ilə tanış olundu, görkəmli rəssamın həyat və yaradıcılığı barədə qızı Nərminə Əliyeva və fəaliyyəti dövründə əməkdaşı olmuş Əlisəfa Nuriyev öz xatirələri ilə bölüşdü.