Yunanıstanın ətraf mühit və energetika naziri Konstantinos Skrekasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib

Yunanıstanın ətraf mühit və energetika naziri Konstantinos Skrekasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib. Qonaqları muzeyin direktoru Şirin Məlikova qarşılayıb. Daha sonra onlar ekspozisiya ilə yaxından tanış olublar. Nümayəndə heyətinin üzvlərinə Azərbaycanın zəngin mədəni irsi, xalçaçılıq sənəti, onun inkişaf mərhələləri, həmçinin kolleksiyalarımız barədə ətraflı məlumat verilib.

Qonaqlar muzeyimizi ziyarət etməkdən böyük məmnunluq duyduqlarını ifadə ediblər.