Bədii metal

Bədii metal

Muzeyin “Bədii metal”kolleksiyası 1082 eksponatdan ibarətdir. Kolleksiya əsasən XIX-XX əsrləri əhatə edir və Qarabağ, Naxçıvan, Şirvan, Lahıc bölgələrinə məxsusdur.

Misgərlik nümunələrinin hazırlanmasında soyuq və isti döymə, tökmə, qaynaqetmə və pərçimləmə kimi texniki üsullardan istifadə olunurdu. Kolleksiyada səhəng, güyüm, satıl, parç, dolça, aftafa-ləyən, cam, sərpuş, qənddan, meyvə qabı, çil-cam, nimçə, kasa, qazan, kəfkir, abgərdan, ləmpə, gülabdan, samovar, badya, çaydan, hamam tası, hamamsandığı, məcməyi, çıraq, xına qabı, şərbət qabı kimi bədii metal nümunələri saxlanılır.

Muzeyin kolleksiyasına XVI əsrin sonu-XVII əsrin əvvəllərinə aid dəbilqə və XVIII əsrin sonu-XIX əsrin əvvəllərinə aid qalxan nümunəsi də daxildir.