Xalça məmulatları

Xalça məmulatları

Muzeyin “Xalça məmulatları” kolleksiyası XIX-XX əsrlərə aid 1576 ədəd eksponatdan ibarətdir. Yüngül, rahat daşınan və yığcam xalça məmulatları maldarların məişətinin ayrılmaz tərkib hissəsi idi. Hər bir məmulatın özünəməxsus funksiyası olmuşdur. Belə ki, içərisində taxıl məmulatlarının saxlanılması üçün çuval, qaşıq saxlamaq üçün qaşıqdan istifadə olunurdu. Burada əcdadlarımızın həyatı üçün vacib hesab olunan xalça məmulatları da saxlanılır: heybə (kiçik ölçülü çanta), xurcun (iki hissədən ibarət çanta), qaşlıq (yəhərin qaşından keçirilən çanta), məfrəş (yataq dəsti, geyim yığılması və yük daşınması üçün çanta), sicim (yükü bağlamaq üçün qalın ip), örkən (yükü bənd etmək üçün ensiz ip), balışüzü, süfrə, duz torbası, corab, cahaz (dəvə başlığı), yəhərüstü (yəhərinin üstünə salınan kiçik ölçülü xalça), çətən (döşəmə, alaçıqdakı divar, arakəsmə və pərdə kimi istifadə olunan məmulat), keçə, ləmə qabağı (alaçığın təsərrüfat hissəsini ayıran naxışlı pərdə), asmalıq (dəvə bəzəyi).