Nəslin nəvəsi (10-16 yaş)
Proqram zamanı iştirakçılar ekspozisiyada sərgilənən hər hansı bir eksponatın fotoşəklini çəkməli və muzey daxilində (kitabxana, mütəxəssislər vasitəsilə) həmin eksponat haqqında məlumat toplayaraq öz məruzəsini hazırlamalıdır. Hər bir iştirakçının çıxışı 3 dəqiqə olmalıdır. Proqramın sonunda ən yaxşı hazırlanmış məruzə münsiflər heyəti tərəfindən mükafatlandırılır.