“Xalça sənətinə həsr edilmiş ömür”

Əziz dostlar və sənətsevərlər!
Azərbaycan Xalça Muzeyi sizi uzun illər muzeydə çalışaraq kolleksiyaların toplanmasında və tədqiqində əməyi olmuş xalçaçı alim Cəfər Müciriyə həsr olunmuş “Xalça sənətinə həsr edilmiş ömür” adlı mühazirəyə dəvət edir.
Mühazirə alimin tələbəsi, məşhur xalçaçı-rəssam Eldar Mikayılzadə tərəfindən təqdim ediləcək.
Mühazirədə Cəfər Mücirinin Azərbaycan xalça sənətinə gətirdiyi yeniliklər və muzeydəki xidmətlərindən bəhs olunacaq.
Mühazirə Azərbaycan dilində aparılacaq.
Azərbaycan Xalça Muzeyi
7 aprel 2018-ci il, saat 14:00
Giriş sərbəstdir.