“Azərbaycan Xalça Muzeyi” adlı kitabı

Əziz dostlar,
 
Muzeyimizin 50 illik yubileyinə həsr olunan nəfis, fundamental nəşri – “Azərbaycan Xalça Muzeyi” adlı kitabı sizin diqqətinizə çatdırırıq. Kitabda muzeyin tarixi, “Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları”, “Parça, geyim və tikmə”, “Keramika, ağac, şüşə və kağız”, “Zərgərlik” və “Bədii metal” kolleksiyaları və onların ən qiymətli eksponatları haqqında müfəssəl məlumat verilir. Nəşrdə həmçinin muzeyin sərgi işi, beynəlxalq əlaqələr, Qarabağın işğalından sonra Bakıdakı muzeyimizin əsas binasında müvəqqəti fəaliyyət göstərən Şuşa filialına həsr olunmuş bölmələr də yer alıb.
 
Kitab illüstrasiyalarla – eksponatların və muzeyin tarixi ilə bağlı arxiv sənədlərinin fotoşəkilləri ilə tamamlanır.
Hər fəsil aparıcı sənətşünaslar və müvafiq sənət sahələrinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Kitabın geniş oxucu kütləsinə çatdırılması məqsədi ilə mətnlər Azərbaycan, ingilis və rus dillərində verilmişdir.