“Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından: Lətif Kərimovun müəllif əsərləri” kitabı
Əziz dostlar!
Muzeyimizin növbəti nəşri – “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından: Lətif Kərimovun müəllif əsərləri” kitabını sizin diqqətinizə çatdırırıq.
Kitab muzeyimizin banisi, xalça elminin yaradıcısı, xalçaçı-rəssam, görkəmli alim Lətif Kərimovun həyat və yaradıcılığına həsr olunub. Nəşrdə Lətif Kərimovun Azərbaycan Milli Xalça Muzeyində qorunub saxlanılan əsərləri, yaratdığı zəngin çeşnilər kolleksiyası, bədii tərtibat verdiyi tətbiqi sənət nümunələri, şəxsi arxivindən olan və əvvəlki dövrlərdə nəşr edilməmiş materiallar − məktublar, fotoşəkillər, fərdi sərgilərin rəy kitablarına yazılmış qeydlər yer almışdır.