Ənənələrin Gələcəyi - Aydın Rəcəbovun 75 ilik yubileyinə həsr olunur
Əziz dostlar!
Muzeyimizin növbəti nəşrini-Aydın Rəcəbovun 75-illiyinə həsr olunmuş “Ənənələrin gələcəyi” adlı fərdi sərgisində nümayiş olunan əsərlərdən ibarət nəfis tərtibatlı kataloqu sizə təqdim edirik. Sərgi 24 may – 24 iyun 2019-cu il tarixlərində Azərbaycan Milli Xalça Muzeyində keçirilmişdir. Muzeyimiz tərəfindən hazırlanan kataloqda rəssamın yaradıcılığı və sərgidə nümayiş olunan əsərləri haqqında maraqlı məlumatlar və fotolar yer alıb. Buyurun baxın və zövq alın!