Kilim “Qaraqoyunlu”
Əziz dostlar,
2020-ci ildə “Xovsuz xalçalar” kolleksiyasına daxil olmuş Qazaxın “Qaraqoyunlu” kilimini təqdim edirik.
“Qaraqoyunlu” kiliminin bədii quruluşu həm saya, həm də ornamental üfüqi zolaqların ritmik rapportlarından təşkil olunub. Enli zolaqlarda qədim Oğuz tayfalarına mənsub olan “qoşaqarmaq” və ya “qoşabuynuz” adlandırılan naxışın təsvirləri verilib. Qədimdən yaşlı toxucular tərəfindən “kilim damğası” kimi istifadə olunub. Ensiz saya zolaqlardan fərqli olaraq kilimin digər zolaqlarında “dolama” adlı naxışın lentvari təsvirləri, axar suyun simvolu kimi kompozisiyanın bədii tutumunu zənginləşdirir.
Kilim “Qaraqoyunlu”. Qazax, Azərbaycan. XX əsrin əvvəli. Yun. Xovsuz toxunuşlu, əl işi. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası