Muzeyimizin 2020-ci ildə xarici muzeylərlə əməkdaşlıq nəticəsində həyata keçirdiyi nəhəng layihələrdən biri də Moskvada Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində “Sovet Azərbaycanının sədası. Xalça. Tikmə. Plakat” birgə sərgisi oldu.
Əziz dostlar!
Muzeyimizin 2020-ci ildə xarici muzeylərlə əməkdaşlıq nəticəsində həyata keçirdiyi nəhəng layihələrdən biri də Moskvada Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində “Sovet Azərbaycanının sədası. Xalça. Tikmə. Plakat” birgə sərgisi oldu. Xatırladaq ki, bu sərgidə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından 1920-1970-ci illərdə toxunan xalçalar, Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin kolleksiyasından 1920-1930-cu illərə aid xalçalar, inqilab mövzusunda tikmələr və eskizlər, “Mərcani” Fondunun (Moskva) kolleksiyasından plakatlar daxil olmaqla ümumilikdə 40 eksponat nümayiş etdirilmişdi. Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münaibətilə təşkil edilən sərgi həm Azərbaycanda, həm də Rusiyada böyük maraqla qarşılanmış, kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdı.