Muzeyimizdə “Rəngarəng qobelen dünyası. Tamilla Abdullayevanın fərdi sərgisi” çərçivəsində mühazirə keçirilib.
Muzeyimizdə “Rəngarəng qobelen dünyası. Tamilla Abdullayevanın fərdi sərgisi” çərçivəsində mühazirə keçirilib. “Qobelen mənim həyatımda” adlı mühazirədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq“ fakultəsinin “Dizayn və dekorativ tətbiqi sənət” kafedrasının baş müəllimi Tamilla Abdullayeva öz həyat və yaradıcılıq yolundan bəhs edib. Qobelen və xalça üzrə tanınmış rəssam müxtəlif toxuma üsulları ilə ərsəyə gətirdiyi ecazkar sənət əsərləri ilə bağlı iştirakçıları maraqlandıran sualları da cavablandırıb.