Muzeyimizdə “Azərbaycanın qədim incəsənətində astral rəmzlər (tunc dövründən – antik dövrə qədər)” adlı mühazirə keçirilib
Muzeyimizdə “Azərbaycanın qədim incəsənətində astral rəmzlər (tunc dövründən – antik dövrə qədər)” adlı mühazirə keçirilib. Mövzu ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakultəsinin “Dizayn və dekorativ tətbiqi sənət” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səltənət Rzayeva mühazirə oxuyub. O, Azərbaycan ərazisində tapılan bir çox keramik və metal əşyaların üzərindəki müxtəlif astral rəmzlər və onların semantik mənaları barədə ətraflı məlumat verib.