Muzeyimizdə “Gənc tamaşaçılar üçün muzey” beynəlxalq konfransının ikinci günü

Muzeyimizdə “Gənc tamaşaçılar üçün muzey” beynəlxalq konfransının ikinci günü “Uşaqlar, yeniyetmələr və valideynlər üçün muzey proqramları”, “Uşaqlar və muzey: muzey mühitində dayanıqlı inkişafın perspektivləri” mövzularında Azərbaycan, Çexiya, Bolqarıstan, Almaniya, Özbəkistan və Rusiyadan olan mütəxəssislərin məruzələri dinlənilib, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.