Muzeyimizdə “İki Yulius” sərgisi çərçivəsində ustad dərsi keçirilib.

Muzeyimizdə “İki Yulius” sərgisi çərçivəsində ustad dərsi keçirilib. Gülbene İncəsənət Məktəbinin direktoru Sandra Dikman uşaqları öncə sərgi ilə tanış edib, onlara burada nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verib. Sonra Gülbenedə anadan olan iki məşhur rəssamın - Yulius Maderniks və Yulius Straumenin yaradıcılığına həsr olunan ustad dərsi təqdim olunub.

“Gənc tamaşaçılar üçün muzey” beynəlxalq konfransının Rumıniyadan olan iştirakçısı, UNESCO-nun İrs üçün Bədii Təhsil üzrə eksperti isə muzeyin Uşaq şöbəsində şagirdlər üçün “Həyat gülü” mövzusunda ustad dərsi keçib.

Ustad dərsləri uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.