“Şuşanın tanınmış soyları” adlı yeni layihəsi çərçivəsində Qarabağın məşhur Qalabəyovlar soyuna həsr olunmuş mühazirə keçirilib.
Azərbaycan Milli Xalça Muzeyində muzeyin Şuşa filialının “Şuşanın tanınmış soyları” adlı yeni layihəsi çərçivəsində Qarabağın məşhur Qalabəyovlar soyuna həsr olunmuş mühazirə keçirilib. Tədbirdə mövzu ilə bağlı Qalabəyovlar nəslindən olan Urxun Qalabəyli və filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadə çıxış ediblər.
Burada həmçinin Qalabəyovlar soyuna aid tarixi materiallar əsasında hazırlanmış video-çarx nümayiş olunub.
Mühazirədən bitdikdən sonra iştirakşılar üçün muzeyin ekspozisiyanın II mərtəbəsində “Qarabağ xalçaları” mövzusunda tematik ekskursiya keçirilib.
Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyi illərdir ki, xalqımızın milli-mədəni irsi olan əsrarəngiz Qarabağ xalçalarını təbliğ etməklə yanaşı, erməni vandalizminə məruz qalmış ərazilərimizin etnoqrafiyasını, tarixi abidələrini, məşhur şəxsiyyətlərini də geniş miqyasda tanıtmağa çalışır. “Şuşa ili” çərçivəsində xalqımız üçün müstəsna mənəvi dəyərə malik bir şəhərin tanınmış soyları, nəsilləri, onların tarixdəki rolu barədə faktların, maraqlı, dolğun məlumatların cəmiyyətə çatdırılması məqsədilə reallaşdırılan “Şuşanın tanınmış soyları” adlı layihə də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.